Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Bu barədə "Far.Az"a BDU-dan məlumat verilib.
Bildirilib ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və İƏT-nin Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov imzalayıblar.
İmzalanan memorandumun tərəflər arasında əməkdaşlığın inkişafına, xüsusilə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə, birgə elmi-tədqiqat işlərinin, təlimlərin, konfransların və layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edilib.
BDU ilə əməkdaşlığın təhsil və əmək bazarı arasında körpü rolunu daha da gücləndirəcəyini, birgə tədqiqat, təlim və inkişaf proqramlarının həyata keçirilməsi üçün geniş imkanlar yaradacağını bildirilib.