EN

Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi

ain.az, Axar.az saytına istinadən bildirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib.

Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri - Qaradağ rayon idarəsinin baş zabitləri Etibar Yusif oğlu Əliyev və Şamil Məcid oğlu Alıyev, Cəbrayıl şöbəsinin rəis müavini Niyam Etibar oğlu Mədətsoylu, Saatlı rayon şöbəsinin səfərbərlik hazırlığı bölməsinin zabiti Araz Vüqar oğlu Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəatə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
29
axar.az

10Sources