EN

Tom Barak: “Biz ABŞ-ın maraqlarını qoruyan nəticələrə inanırıq”

Yazını böyüt
Yazını kiçilt

“Fox News Digital”ın suallarına cavab olaraq ABŞ –nin Türkiyədəki səfiri Tom Barak bildirib ki, "Biz güc vasitəsilə sülhə, həqiqətin səmimi qiymətləndirilməsinə və Amerikanı sonsuz müharibələrə sürükləmədən ABŞ maraqlarını qoruyan nəticələrə inanırıq".

Hafta.az yazır ki, son günlər Barak Yaxın Şərqdə yaşaya bilən hökumətlərin monarxik "güclü liderlik rejimləri" olduğunu iddia etmişdi. Bu qeydlərlə bağlı Barak deyib: "Bunu deyəndə bir ideologiyadan deyil, onilliklər boyu çətinliklə qazanılmış müşahidələrdən danışırdım".

Lakin Barak qeyd edib ki, monarxiyaların idarə etdiyi Körfəz dövlətlərindəki kimi "nəticəyə yönəlmiş" hökumətlər çiçəklənir.

Barak Türkiyə və İsraili "güclü liderlik" altında inkişaf edən ölkələrə nümunə kimi göstərib.

Səfir Barrak demokratik dəyərlərlə bağlı tənqidlərə baxmayaraq, hər iki ölkənin irəliləyiş əldə etdiyini deyib və Türkiyə haqqında bunları bildirib: "Prezident sisteminə və müntəzəm çoxpartiyalı seçkilərə malik bir respublika olan Türkiyə, Prezident Rəcəb Tayyib Ərdoğanın güclü və mərkəzləşdirilmiş liderliyi sayəsində sabitlik, iqtisadi dinamizm və iddialı regional təsir nümayiş etdirir. Lakin tənqidçilər onu güclü avtoritar meyllərə malik hibrid rejim kimi təsvir edirlər".

Tom Barrak 17 apreldə Antalya Diplomatiya Forumundakı çıxışında Yaxın Şərqdə yalnız "güclü liderlik rejimlərinin" uğur qazandığını iddia edib.

"Bunu dediyimə görə tənqid olunacağam, çünki bu, antidemokratik hesab ediləcək", - deyə Barrak əlavə edib: "Ya mülayim monarxiyalar, ya da hansısa monarxik respublikalar [uğur qazanıblar], bu Ərəb Baharından sonra hər şey solğunlaşıb və yox olub."

Tom Barrak “Fox News Digital”a verdiyi yazılı açıqlamada Türkiyənin aylar ərzində F-35 proqramına qayıda biləcəyini də vurğulayaraq deyib: "Türkiyə ABŞ-ın həyati əhəmiyyətli aktivlərinə ev sahibliyi edən, NATO missiyalarına töhfə verən və ortaq təhdidlərlə üzləşən əsas müttəfiq olaraq qalır".

Barak bildirib ki, Türkiyənin F-35 proqramından çıxarılmasına qarşı sanksiyalar "münasibətləri lazımsız dərəcədə gərginləşdirib" və Rusiya bu vəziyyətdən faydalanıb: "İşarə etdiyim odur ki, tezliklə əsl irəliləyişlər baş verəcək: Türkiyənin F-35 ekosistemindəki rolunun bərpası, NATO-nun qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, ABŞ sənayesinin dəstəklənməsi və Rusiyanın təsirinin məhdudlaşdırılması.

Bu, Rusiyanın S-400 sisteminə sahib olmaq və istifadə etmək vəziyyətinin bitdiyini, Müdafiə və Dövlət Katibləri tərəfindən rəsmi olaraq təsdiqləndiyi kimi həssas F-35 texnologiyası üçün heç bir təhlükə riskinin olmadığını təsdiqləmək deməkdir".

Chosen
83
50
hafta.az

10Sources