EN

Tramp: "Onun məni hədəf aldığından əmin deyiləm"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı şam yeməyində hücum edənin hədəfinin məhz o olduğuna əmin olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Ağ Evin rəhbəri "CBS News" telekanalına müsahibəsində hadisəni şərh edib.

"Bunu dəqiq demək mənim üçün çətindir. Məndə belə bir təəssürat yarandı. Yazdıqlarına əsasən, bu adam çox şey yaşayıb. Çox güman ki, o, kifayət qədər xəstə bir oğlan olub", - Tramp atəş açanın birbaşa hədəfinin prezident olub-olmaması barədə sualı cavablandırarkən bildirib.

Bundan başqa, dövlət başçısı Məxfi Xidmətin fəaliyyəti barədə müsbət fikirlər səsləndirib.

"Onu kifayət qədər tez saxladılar. Bu oğlanlar ötən axşam işin öhdəsindən əla gəldilər, onlar, həqiqətən, də yüksək səviyyədə işlədilər", - prezident vurğulayıb.

Daha əvvəl "The Washington Post" qəzeti Ağ Evdəki mənbəyə istinadən iddia etmişdi ki, Prezident Administrasiyası yüksək vəzifəli hökumət nümayəndələrinin iştirak etdiyi digər tədbirlərlə müqayisədə bu tədbirdə "daha aşağı səviyyəli mühafizə" təmin edib və bununla da faktiki olaraq "ölkəni son dərəcə həssas vəziyyətə salıb".

Qeyd edək ki, "Washington Hilton" otelində Trampın iştirakı ilə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. ABŞ lideri, eləcə də vitse-prezident Cey Di Vens və onların həyat yoldaşları dərhal zaldan təxliyə ediliblər. Hücumda şübhəli bilinən şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb.

Qəbulda ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampdan başqa, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Pentaqonun rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel, eləcə də ABŞ administrasiyasının bir sıra digər nazirləri və yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Chosen
23
50
bakivaxti.az

10Sources