EN

Təhlükəsizlik xidməti yaxşı işlədi - Tramp

Vaşinqtonda oteldə baş verən atışma zamanı Ağ Ev təhlükəsizlik xidmətinin əməkdaşları yaxşı çıxış edərək hücumçunu tez bir zamanda yaxalayıblar.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bunu CBS News-a verdiyi müsahibədə deyib: "Bu uşaqlar çox yaxşı iş gördülər, həqiqətən də yaxşı iş gördülər".

O, öz "manifestində" tədbirin təhlükəsizliyini səriştəsiz olmaqda ittiham edən hücumçu haqqında sualı cavablandırıb: "O, olduqca asanlıqla tutuldu".

Amerika lideri həmçinin vəziyyəti şəxsən qiymətləndirmək üçün təxliyə zamanı təhlükəsizliyi ləngitdiyini etiraf edib: "Məni gözəl insanlar əhatə edirdi və yəqin ki, onları bir az ləngitdim. Mən dedim ki, "bir dəqiqə gözləyin, baxım, bir dəqiqə gözləyin".

Donald Tramp həmçinin etiraf edib ki, Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqton Hilton otelində keçirilən qəbulunda atəş açan şəxsin hədəfi olub-olmadığını bilmir: "Bilmirəm. Görünür, o, xəstə insandır”.

Daha əvvəl ABŞ Baş prokuroru vəzifəsini icra edən Todd Blanche NBC News-a verdiyi açıqlamada bildirib ki, ilkin istintaqın nəticələrinə əsasən, atəş açan şəxsin hədəfləri ABŞ administrasiyasının nümayəndələri olub.

Musavat.com

Chosen
24
16
musavat.com

10Sources