EN

Yığmamız Avropa Kubokunda 1 ci yeri tutdu

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışı başa çatıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisi son gündə 3 gümüş və 3 bürünc medal qazanıb.

Sadiq Məmmədov (-73 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) ikinci yeri tutublar.

Amin Mehdiyev, Yaqub Məmmədov (hər ikisi -81 kq) və Ruslan Kazımov (+90 kq) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, daha əvvəl Nihad Ağayev (-50 kq), Fərid Xudiyev (-55 kq) qızıl, İbrahim Talıbov (-55 kq), Sunay Salamova (-40 kq) gümüş, İlkin Qarayev (-66 kq), Pərvin Sevxanlı (-44 kq) və Nərmin Ağamirzəzadə (-52 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, aktivində 2 qızıl, 5 gümüş və 6 bürünc medal olan Azərbaycan millisi turniri 35 ölkə arasında ümumi komanda hesabında üçüncü pillədə başa vurub.

Oğlanların mübarizəsində yığmamız birinci olub.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
7
sportal.az

10Sources