EN

“Süni intellekt artıq cəmiyyətlərin düşüncə tərzinə, dəyərlərinə təsir edən fundamental qüvvəyə çevrilib” Rektor

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Süni intellekt (Sİ) artıq  cəmiyyətlərin düşüncə tərzinə, dəyərlərinə və gələcək inkişaf trayektoriyasına təsir edən fundamental qüvvəyə çevrilib. Bu baxımdan Sİ-in tənzimlənməsinin əhəmiyyəti artır. Azərbaycan kimi zəngin tarixi-mədəni irsə malik və kiçik ölkələr üçün isə bu məsələ xüsusilə aktualdır”.

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov söyləyib. Rektor qeyd edib ki, qlobal texnoloji platformalar standartlaşdırma üzərində qurulur. Bu isə kiçik dillər və milli mədəniyyətlər üçün risk yaradır. Süni intellekt modelləri əsasən böyük dillər üzərində öyrədildiyindən, Azərbaycan dili və milli kontekst çox vaxt ya təhrif oluna ya da ümumiyyətlə nəzərə alınmaya bilər:

“Bu reallıqda ya texnologiyanın təsiri altında assimilyasiya olmaq ya da texnologiyanı milli maraqlara uyğun formalaşdırmaq kimi seçim tələb olunur”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
9
525.az

8Sources