AZ

“Xarici texnologiyalardan asılılıq uzunmüddətli riskdir” Ədalət Muradov

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Süni İntellekt üçün hüquqi çərçivənin risk əsaslı yanaşma ilə qurulması məqsədəuyğun görünür. Belə ki, aşağı riskli sistemlər minimal tənzimlənməli, orta riskli sistemlər üçün şəffaflıq tələbləri gücləndirilməli, yüksək riskli sistemlər (təhsil, səhiyyə, dövlət idarəçiliyi) ciddi nəzarət edilməlidir”.

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, Sİ sistemlərinin gücü məlumatdan gəlir. Əgər  məlumatlar ölkə xaricində idarə olunursa, bu, müəyyən risklər yaradır. Bu səbəbdən dövlət məlumatları üzrə lokallaşdırma siyasətinin tətbiq olunması,milli bulud infrastrukturunun gücləndirilməsi faydalı görünür:

“Xarici texnologiyalardan  asılılıq uzunmüddətli riskdir. Ona görə də yerli Sİ startaplarının  dəstəklənməli sisteminin yaradılması, sifarişlərdə milli şirkətlərə üstünlük verilməsi, Milli Sİ platformalarının yaradılması vacibdir”.

Sevinc Qarayeva

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
9
525.az

8Mənbələr