525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Azərbaycan təhsilinin gələcəyi bizim seçimlərimizdən asılıdır və üç seçimin edilməsi vacibdir. Birincisi, artıq təhsilin əsas məqsədinin “nəyi öyrətmək” olmaması hamı tərəfindən qəbul edilsə də, təhsilin gələcəyi ilə bağlı seçim etmək vaxtıdır. Təhsil necə olmalı və gözləntilərimiz nədir? İkincisi, Azərbaycan sadəcə qlobal trendləri izləməli yoxsa təhsilin hazırda formalaşan yeni modelləri istiqamətində rəqabətə qoşulmalıdır? Fikrimizcə, təhsildə yeni texnologiyaların tətbiqi, təhsilin rəqəmsallaşdırılması və Süni İntellektin təhsilə inteqrasiyası Azərbaycanın həm potensialını, həm də şansını artırır”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov söyləyib. Rektor qeyd edib ki, Azərbaycan yeni "harvardların" formalaşması prosesində iştirakına dair seçim edib-etməməsi vacibdir:
“Üçüncüsü, qlobal reytinqlərdə yerli univetsitetlərin iştirakı və uğur qazanması vacibdir. Amma bu istiqamətdə strategiya və taktika ilə bağlı seçim vaxtıdır”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.