EN

İki ay əvvəl evlənən qazi qəzada öldü FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayonunun 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi “QAZ-66” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Qeyd edək ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub. O, 2 ay əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
34
avtosfer.az

10Sources