EN

“Sabah” evdə “Karvan-Yevlax”a qalib gəldi

“Sabah” komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Masazır təmsilçisi XXIX turun sonuncu oyununda “Karvan-Yevlax”ı məğlub edib.

“Bank Respublika Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə isə Aron Maluda tərəfindən açılıb.

Qonaqlar 36-cı dəqiqədə azlıqda qalıblar. Tompson Qavi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. “Sabah” isə 64-cü dəqiqədə Aleksey İsayevin birbaşa qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Günün ilk oyununda “Turan Tovuz” “Zirə” ilə heç-heçə edib – 1:1.

Xatırladaq ki, daha əvvəl “Sumqayıt” “İmişli”ni 2:0, “Şamaxı” “Kəpəz”i 2:0, “Qarabağ” “Neftçi”ni 5:1 hesabı ilə məğlub edib. “Qəbələ” – “Araz-Naxçıvan” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.

Chosen
9
2
90deqiqe.az

10Sources