EN

Şou zamanı ilanın sancdığı turist həyatını itirdi

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misirdə ilanların şousu zamanı alman turist həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Hurqada şəhərindəki otellərin birində baş verib.

Təlimçi bir neçə nəfəri ilana "qonaq" edib. Belə ki, o, ilanları turistlərin razılığı ilə onların boynuna buraxıb. Bu zman kobra 57 yaşlı turistin ayağını dişləyib. Zərərçəkən xəstəxanaya çatdırılana kimi həyatını itirib.

Qeyd edək ki, adı açıqlanmayan bavariyalı  turist 2 qohumu ilə bir neçə gün idi ki, Qırmızı dəniz sahillərində dincəlirdi. Hazırda onun ölümü ilə bağlı yerli prokurorluqla yanaşı, Almaniya polisi də araşdırma aparır.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
15
525.az

10Sources