EN

Alt paltarında gəzən qardaşını öldürən şəxs kassasiya şikayəti verdi

Biləsuvarda qardaşını öldürməkdə təqsirləndirilən Abuzər Şirqasımovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: 2023-cü il iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub.


İttihama görə, Abuzər Şirqasımov 17 iyun 2023-cü il tarixdə, təxminən saat 00:10 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində valideynlərinə məxsus yaşadıqları evdə olarkən onunla birlikdə yaşayan qardaşı Amil Şirqasımov evdə alt paltarında yarıçılpaq vəziyyətdə gəzib. O, bu barədə qardaşına iradını bildirib. Amil isə buna məhəl qoymayaraq saymazyana formada eyni hərəkətləri təkrarlayacağını bildirib, sonra onun sifət nahiyyəsindən şillə ilə vurub. Sərxoş vəziyyətdə olan Abuzər mətbəxdən götürüb əyləşdiyi stulun altında saxladığı bıçaqla onun üzərinə hücum edib. Həmin vaxt Abuzər onları aralaşdırmaq istəyən anasının gözləri qarşısında zərərçəkmiş şəxsin bədəninə altı bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla öldürüb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.


Kamal Məmmədov 

Tarix: 28 Aprel 2026, 08:22   
Chosen
7
40
pravda.az

10Sources