EN

Zaqatalada yaşlı qadın zəhərlənərək VƏFAT ETDİ

Zaqatalada 72 yaşlı qadın zəhərlənərək ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Yolayrıc kənd sakini Hürüy Əmirova yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib.

O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, pasiyent bir müddət sonra xəstəxanada vəfat edib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

İlkin ehtimala görə, qadın kimyəvi dərmanlardan zəhərlənib.

Ölüm hadisəsinin təfərrüatları rayon prokurorluğu tərəfindən araşdırılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Chosen
15
16
bizim.media

10Sources