EN

FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmiş keçmiş əməkdaşı Elvin Babaşovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində mühəndis-inspektor vəzifəsində çalışmış Elvin Babaşov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunurdu.


Xəzər Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarına əsasən onun barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.


Kamal Məmmədov 

Tarix: 28 Aprel 2026, 08:47   
Chosen
8
21
pravda.az

10Sources