ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Böyük Britaniya kralı III Çarlzı qarşılayarkən diqqət çəkən addım atıb.
News365.az xəbər verir ki, Britaniyanın “Daily Mail” nəşrinin yazdığına görə, Tramp əvvəlcədən edilən protokol xəbərdarlıqlarına baxmayaraq, kralın çiyninə toxunub.
Qəzet qeyd edir ki, bu addım hörmət jesti kimi təqdim olunsa da, Britaniya monarxiya ənənələrinə zidd hesab olunur. Belə ki, yazılmamış qaydalara əsasən, kral ailəsi üzvləri ilə fiziki təmasdan qaçınılmalıdır.
Məlumata görə, rəsmi qarşılanma mərasimi üçün ciddi hazırlıq aparılsa da, Trampın bu davranışı protokol qaydalarının pozulması kimi qiymətləndirilib.
News365.az