EN

Tramp III Çarlzla görüşdə kral protokolunu pozdu - VİDEO

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı kral protokolunu pozub.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, kral protokoluna əsasən, monarx ailəsinin üzvləri ilə fiziki təmasa yol verilməməlidir. Buna baxmayaraq, Tramp Vaşinqtonda Kral III Çarlzla görüş zamanı Britaniya monarxının çiyninə “nəzakətlə toxunub”.

Hadisə Kral III Çarlz və Kraliça Kamillanın Ağ Evə səfəri zamanı baş verib. Görüntülərdə Trampın əl sıxma və rəsmi foto çəkilişindən sonra kralın çiyninə yüngülcə toxunduğu görünür.

“Daily Mail”in yazdığına görə, Ağ Ev rəhbəri bu jestlə III Çarlza xüsusi rəğbətini nümayiş etdirmək istəyib.

Bədən dili üzrə ekspert Cudi Ceyms bildirib ki, bu hərəkət formal olaraq protokol pozuntusu sayıla bilər.

Bununla belə, ekspertin fikrincə, kral bu jestə etiraz etməyib və onu siyasi xoşməramlılıq əlaməti kimi qəbul etmək mümkündür.

Qeyd edək ki, Britaniya monarxının ABŞ-a dövlət səfəri aprelin 30-dək davam edəcək.


Bizim.Media

Chosen
8
38
bizim.media

10Sources