EN

İran üçün sonun başlanğıcı - 12 günlük ehtiyat qaldı

ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsindəki hesabında İrana məxsus liman və gəmilərin blokadaya alınması nəticəsində ölkənin neft hasilatının yaxın vaxtlarda "çökəcəyini", növbəti addımın isə daxili bazarda benzin qıtlığı yaradılması olacağını bildirib.

Musavat.com xəbər verir ki, nazir SEPAH liderlərinin çıxılmaz vəziyyətdə qaldığını və ABŞ-nin iqtisadi təzyiqləri nəticəsində İranın neft sənayesinin dayanma nöqtəsinə gəldiyini vurğulayıb.

"Bloomberg" agentliyinin məlumatına görə, hazırda İran neftin saxlanılması üçün anbar potensialının tükənməsi problemi ilə üz-üzədir. Təxminlərə görə, boş qalan tutumlar cəmi 12-22 günə yetəcəkdir.

ABŞ-nin dəniz blokadası fonunda neft ixracı təxminən 70% azalıb, Hörmüz boğazı vasitəsilə daşımalar isə demək olar ki, tamamilə dayanıb. Əgər vəziyyət dəyişməzsə, Tehran mayın ortalarına qədər hasilatı gündəlik daha 1,5 milyon barrel azaltmağa məcbur ola bilər. Lakin tədarük və ödənişlərdəki gecikmələr səbəbindən maliyyə fəsadlarının dərhal deyil, bir neçə aydan sonra tam hiss ediləcəyi qeyd olunur.

Skott Bessent həmçinin əlavə edib ki, ABŞ-nin sanksiya siyahısında olan İran aviaşirkətləri ilə biznes quran tərəflər də məhdudiyyətlərlə üzləşəcək. Onun sözlərinə görə, xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin həmin təyyarələrə yanacaq, qida, eniş haqları və ya texniki xidmət göstərməsinin qarşısını almalıdırlar.

"İqtisadi Qəzəb" (Economic Fury) proqramı çərçivəsində ABŞ Maliyyə Nazirliyi Tehrana qarşı maksimum təzyiq göstərəcək və İran qurumları ilə əməkdaşlıq edən istənilən üçüncü tərəfə qarşı tədbir görməkdən çəkinməyəcək. Xatırladaq ki, aprelin ortalarında ABŞ-nin müdafiə naziri Pit Heqset tərəfindən elan edilən bu proqram Tehrana qarşı hərbi əməliyyatlardan "dünya səviyyəli blokadaya" keçidi nəzərdə tutur.

Musavat.com

Chosen
42
50
musavat.com

10Sources