Türkiyənin "Fənərbağça" klubunda növbəti prezident seçkilərinin vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadettin Saran mətbuat xidmətinə açıqlamasında bildirib.
O, seçkilərin 6-7 iyunda olacağını vurğulayıb.
Xatırladaq ki, Sadettin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.