Superliqa təmsilçilərindən "Fənərbağça"da növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı prezidenti Sadettin Saran mətbuat xidmətinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, seçkilər 6-7 iyunda baş tutacaq.
Xatırladaq ki, Sadettin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.