“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi müəyyənləşib.
Msport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb.
Qeyd edək ki, Sadəttin Saran 2025-ci ilin sentyabrından “Fənərbağça”nın prezidentidir.