Bu ilin yanvar-mart aylarında Azərbaycan 24 milyon 898 min ABŞ dolları dəyərində 20 min 265 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu ötən illə müqayisədə dəyər baxımından 3 milyon 993 min ABŞ dolları (19,1 %), həcm baxımından isə 1 822 ton (9,8 %) çoxdur.
Hesabat dövründə sözügedən məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 2,8 %, ölkənin ümumi ixracında payı isə 0,5 % olub.
3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur