Google ilə Pentaqon arasında ABŞ hərbi qurumuna süni intellekt modellərinin təqdim olunması ilə bağlı gizli müqavilə imzalanıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.
Razılaşmaya əsasən istifadə edilən süni intellekt sistemi ölkə daxilində kütləvi nəzarət üçün nəzərdə tutulmayıb və bu məqsədlə istifadə edilməməlidir. Eyni zamanda, sistemin tam avtonom silah kimi – xüsusilə hədəf seçimi üçün – insan nəzarəti və idarəsi olmadan tətbiqi də qadağan edilir.
Müqavilədə diqqət çəkən digər məqam isə odur ki, Google-un ABŞ hökumətinin qanuni əməliyyat qərarlarına nəzarət etmək və ya veto qoymaq hüququ olmayacaq.
Musavat.com