Bakı.Trend:
30 aprel – 1 may tarixlərində paytaxtımızda Bakı TəşəbbüsQrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunungücləndirilməsi” adlı Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Bakı Təşəbbüs Qrupundan Trend-ə verilən məlumata görə, forumda ilk dəfə olaraqindiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar,tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər,səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olansiyasi partiyaların və təşkilatların nümayəndələri, gənclərtəşkilatlarının rəhbərləri və universitet tələbələri iştirakedəcək.
Bildirilib ki, ümumilikdə 17 ölkədən qonaqlar ölkəmizlə tanışolacaq, eləcə də öz təcrübələrini bölüşəcəklər. Eyni zamandaölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə vətədqiqatçılar foruma qatılacaq.
Tədbirdə iştirak edən gənclər kolonializm və neokolonializminmüasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylikşəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlərətrafında daha sistemli və effektiv beynəlxalq əməkdaşlıqmexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsiaparacaq.
Həmçinin müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonialidarəçiliyə və neokolonial siyasətə son qoyulması, öz müqəddəratınıtəyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısınadaxil edilmiş ərazilərin azad olmasının sürətləndirilməsi, digərmüstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırdamüstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylıproblemlər, eyni zamanda etnik azlıqlara qarşı repressiv siyasətaparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etməkməcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirəediləcək.