EN

Neft qiymətləri 4 ilin tarixi maksimumunu YENİLƏDİ

ABŞ Prezidenti Donald Trampın çıxışından sonra neftin qiymətləri kəskin artıb.

Bizim.Media xəbər verir ki, ABŞ liderinin İrana qarşı dəniz blokadasının aylarla davam edə biləcəyini bəyan etməsindən sonra neft qiymətləri son 4 ilin tarixi maksimumunu yeniləyib.

Bu açıqlama Yaxın Şərq münaqişəsinin yaxın perspektivdə həlli və ya Hörmüz boğazının yenidən açılması ehtimalını azaltdığı üçün, “Brent” markalı neftin fyuçersləri 8 faizdən çox artaraq bir barel üçün 120 dollara qədər yüksəlib, “Light” markalı neftin qiyməti isə 107 dolları ötüb. Bu, 2022-ci ilin iyunundan bəri ən yüksək göstəricidir.

Hazırda “Brent” markalı neftin bir bareli 118,03 dollara, “Light” markalı neftin bir bareli isə 107,97 dollara ticarət olunur.

Bizim.Media

Chosen
29
50
bizim.media

10Sources