İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ölkəsinin Hörmüz boğazı ilə bağlı mövqeyinə dair açıqlama verib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “X” sosial platformasında paylaşım edib.
Məlumata görə, Qalibaf bildirib ki, İran regional dinamikanı yenidən formalaşdırmaq və ABŞ-nin təsirini azaltmaq üçün Hörmüz boğazı üzərində nəzarət imkanlarından istifadə edə bilər.
O qeyd edib: “İran Hörmüz boğazı üzərində nəzarəti həyata keçirməklə özünün və qonşularının Amerikanın iştirakı və müdaxiləsindən azad bir gələcəyin qiymətli nemətindən zövq almasını təmin edəcək”.
Qeyd olunub ki, bu açıqlama regionda gərginliyin artdığı və dəniz təhlükəsizliyi ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrdə səsləndirilib.
Aminə ŞAHSUVARQIZI