EN

Sürücülərin diqqətinə! 11 istiqamətdə tıxac var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

11. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
59
49
sitat.info

10Sources