EN

Yarımfinal həyəcanı: Arda Turanın komandası ingilislərlə bacara biləcək?

Çempionlar Liqasının ardınca bu gün Avropanın digər iki klub turnirində də yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək.

Publika.az xəbər verir ki, Avropa Liqasında “Braqa” Portuqaliyada Almaniya təmsilçisi “Frayburq”u qəbul edəcək. Digər görüşdə isə İngiltərə komandaları üz-üzə gələcəklər. “Nottinqem Forest” evdə “Aston Villa” ilə qarşılaşacaq.

Bu gün Konfrans Liqasında da ilk yarımfinal oyunları keçiriləcək. İspaniya təmsilçisi “Rayo Valyekano” Fransanın “Strasburq” klubunu qəbul edəcək. Arda Turanın baş məşqçisi olduğu Ukrayna “Şaxtyor”u (Donetsk) isə Polşada İngiltərə klubu “Kristal Pelas”ı sınağa çəkəcək.

Bütün qarşılaşmalar 23:00-da start götürəcək.

Xatırladaq ki, cavab matçları mayın 7-də keçiriləcək.

Chosen
39
50
publika.az

10Sources