EN

Paşinyan: İş adamlarımız Azərbaycanla birbaşa əlaqə vuracaq

Ermənistan və Azərbaycandan olan iş adamları əvvəllər iki ölkənin hökumətləri vasitəsilə mal siyahıları mübadiləsi aparsalar da, artıq buna ehtiyac yoxdur.

KONKRET.az news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O izah edib ki, bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-biri ilə birbaşa işləyə bilərlər.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi malların çeşidi genişlənə bilər: “Hazırda bu məsələ ilə bağlı dəqiq razılaşma yoxdur”.

Baş nazir müəyyən dairələrin hədəfinə çevrilməmək üçün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən iş adamlarının adlarını açıqlamayacağını vurğulayıb.

Chosen
55
3
konkret.az

7Sources