EN

Mabel Matizə 3 il həbs cəzası verilə bilər

Məşhur türkiyəli müğənni Mabel Matizə 3 il həbs qərarı verilə bilər.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, müğənni "Perperişan" mahnısının sözlərində ədəbsiz təsvirlərdən istifadə etməkdə və yaş məhdudiyyətinin olmaması səbəbindən uşaqlar üçün təhlükə yaratmaqda ittiham olunur.

Qeyd olunub ki, sənətçinin 6 aydan 3 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb olunur. Məhkəmə prosesi davam edir.

İlahə Qənbərli

Missiya.Az

Chosen
64
50
missiya.az

10Sources