AZ

Orduya axın: gənclər yerləri doldurdu - Bu səbəblərə görə

Fransada gənclər arasında hərbi xidmətə maraq kəskin artıb.

Musavat.com xəbər verir ki, Le Figaro nəşrinin məlumatına görə, könüllü olaraq orduya qoşulmaq istəyənlərin sayının çoxluğu səbəbindən artıq yerlər çatışmır.

Bildirilib ki, 2026-cı ildə tətbiq edilən yeni xidmət proqramı 18–25 yaş arası gənclər arasında böyük maraq doğurub. İlk günlərdən daxil olan müraciətlərin sayı mövcud kvotanı üstələyib.

Qeyd olunur ki, yeni proqram könüllü əsasda həyata keçirilir və təxminən 10 ay davam edir. Bu müddətin bir hissəsi ilkin hərbi hazırlığa, qalan hissəsi isə ölkə daxilində müxtəlif xidmət tapşırıqlarına ayrılır. Proqram çərçivəsində iştirakçılara müəyyən maddi təminat və gələcək karyera imkanları da təqdim olunur ki, bu da marağın artmasına səbəb kimi göstərilir.

Məlumatda həmçinin qeyd olunur ki, bu təşəbbüs fonunda Avropada təhlükəsizlik mühiti və xüsusilə Rusiya ilə bağlı gərginlik də gənclərin motivasiyasına təsir edən amillərdən biri kimi qiymətləndirilir.

Məlumata əsasən, müraciət edənlərin təxminən 22 faizi qadınlardır.

Musavat.com

Seçilən
38
50
musavat.com

10Mənbələr