EN

"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərarlar ictimai rəydə ciddi qəbul olunmur"

"Avropa Parlamenti birinci dəfə deyil ki, Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. Onlar yenə də ənənəvi, klassik davranışını nümayiş etdirir. Başqa ölkələrə təzyiq göstərmək, onları müxtəlif demokratik dəyərləri pozmaqda ittiham etmək və bu yolla Avropa İttifaqının maraqlarını diktə etməyə çalışmaq bu yanaşmanın əsas xüsusiyyətlərindəndir".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.

Onun fikrincə, Azərbaycan ictimaiyyəti artıq Avropa Parlamentinin bu mövqeyinə yaxından bələddir və zaman keçdikcə bu qurumun Azərbaycanla bağlı qəbul etdiyi qərarlar ictimai rəydə ciddi qəbul olunmur:

"Məsələnin mahiyyəti də aydındır. Çünki bəzi qruplar qərəzli, anti-Azərbaycan mövqeləri ilə, xüsusən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə münasibətdə qeyri-obyektiv yanaşmaları ilə özlərini ifşa ediblər. Bundan əlavə, son dövrlərdə müxtəlif korrupsiya qalmaqalları, o cümlədən Yunanıstanla bağlı məsələlər və bəzi lobbi qruplarının, o cümlədən erməni lobbisinin təsiri altında olan deputatların fəaliyyəti ilə bağlı səslənən iddialar Avropa Parlamenti daxilində mövcud problemləri bir daha üzə çıxarır. Bu baxımdan düşünürəm ki, Azərbaycanın Avropa İttifaqı və onun institutlarına münasibətdə mövqeyi beynəlxalq hüquqa əsaslanır və ölkəmiz qəbul edilən qərar və qətnamələrə adekvat şəkildə cavab verir".

Xədicə BAXIŞLI

Chosen
55
50
redaktor.az

10Sources