EN

Turan Manafovla Paulo Quimbila hardadı? klubdan açıqlama

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qəbələ”nin iki futbolçusunun adı bir neçə oyundu protokola belə salınmır. Bunlar Turan Manafovla Paulo Quimbiladı. Turan 26, Paulo isə 23-cü turdan etibarən ehtiyat oyunçular skamyasında da oturmur.“Araz-Naxçıvan”la oyundan sonra komandanın baş məşqçisi Kaxaber Sxadadzeyə bu haqda sual verildi, o isə “rəhbərlikdən soruşun” dedi. “Football-plus.az” bu barədə klubun mətbuat katibi Elnur Məmmədliyə sorğu ünvanladı. Elnur bəyin cavabı:

“Bununla bağlı klubun açıqlaması olacaq”.

Maraqlıdı, həmin açıqlama nə vaxt olacaq? Mövsüm bitəndən sonra? Görünür, doğrudan da, ciddi problemlər var. Hətta Turan Manafovun məşqdə Kaxaber Sxadadze ilə dalaşdığı da deyilir. MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
icma.az

2Sources