Metbuat.az xəbər verir ki, “sarı-qırmızılar”la ardıcıl dördüncü çempionluğunu qazanmağa yaxın olan uruqvaylı yarımmüdafiəçi komandada qalmaq niyyətindədir. "HT Spor"un məlumatına görə, təcrübəli futbolçunun azı daha üç il İstanbul təmsilçisinin formasını geyinmək qərarına gəldiyi bildirilir. Məlumata görə, Torreyranın bu addımı çempionluq yarışının həlledici mərhələsinə daxil olan texniki heyət və klub rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Qeyd edək ki, Lukas Torreyranın “Qalatasaray”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.