EN

Almaniya hökumətindən Trampa sərt mesaj: “Məsləhətlərinə ehtiyacımız yoxdur, öz yaratdığı dağıntılara baxsın”

Almaniya Baş nazirinin müavini və maliyyə naziri Lars Klinqbayl ABŞ Prezidenti Donald Trampın məsləhətlərinə ehtiyac duymadıqlarını bəyan edib.

Editor.az xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyinin (DPA) yaydığı məlumatda bildirilir.

Klinqbayl açıqlamasında deyib: “Həqiqətən də Donald Trampın məsləhətlərinə ehtiyacımız yoxdur. O, əvvəlcə özünün yaratdığı dağıntılara nəzər salsın. İndi isə İranla ciddi sülh danışıqlarının aparılmasını təmin etsin.”

ABŞ və İsrailin İrana hücumu məsələsində Trampı tənqid edən Klinqbayl qeyd edib ki, “Görünür, o, bunun cəmi 2-3 gün davam edəcəyini və sonrasında hər şeyin qaydasına düşəcəyini düşünürdü.”

O vurğulayıb ki, Tramp “İrandakı müharibəni dayandırmaq məsuliyyəti daşıyır” və bu münaqişə işçilər, istehlakçılar və ümumilikdə iqtisadiyyat üçün ciddi yük yaradır.

Klinqbayl əlavə edib ki, Avropa heç bir təzyiqə məruz qalmamaq üçün iqtisadi baxımdan güclü olmalıdır: “Biz Donald Trampın bu gün və ya sabah hansı əhval-ruhiyyədə olacağından asılı qalmaq istəmirik”.

//Gülnarə Abasova, Editor.az

Chosen
72
20
editor.az

10Sources