EN

“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? mayın 3 ü, saat 16.00 da...

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Sabah” artıq ölkə çempionudu. Srağagün “Qarabağ”ı qəbul edən “Neftçi” liderin ən yaxın izləyicisi olan rəqibini məğlub etməklə həm də Masazır təmsilçisini sevindirdi.Bilindiyi kimi, “bayquşlar” mayın 3-də 30-cu turun oyununda “Şamaxı”nın qonağı olacaq. Maraqlıdı, “şirlər” çempion üçün şərəf dəhlizi açacaqmı?Bu sualla meydan sahibi komandanın baş meneceri Kamran İsmayılova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bəli, “Sabah” üçün şərəf dəhlizi açacağıq. Xatırlayırsızsa, ötən mövsüm “Qarabağ” çempion olanda onlar üçün də bu addımı atmışdıq. Gələcəkdə də, daha dəqiqi, mən bu komandada olduqca istənilən rəqib istənilən mövsümdə çempion olandan sonra bizimlə oynasa, onlar üçün şərəf dəhlizi açacağıq. Bu, bir futbol mədəniyyətidi. Bu mədəniyyəti yaşatmağa davam edəcəyik. Meydanda rəqibik, amma reallıqda hansısa klubla düşmən deyilik. Klubların uğurlarını alqışlayırıq”.

“Şamaxı” – “Sabah” oyunu saat 16.00-da başlayacaq.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
15
icma.az

10Sources