Ağdaşda ağır qəza baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Bakı-Qazax yolunun Ağdaş rayonu Ləki qəsəbəsi ərazisindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili “TIR”la toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan yerli bürosumuza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media, Aran bürosu