AZ

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

Bu gün saat 11 radələrində Bakı-Qazax yolunda ağır qəza baş verib.

News365.az xəbər verir ki, magistralın Ağdaş rayonu Ləki qəsəbəsindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili TIR-la toqquşub.

Nəticədə “Mercedes”in 36 yaşlı sürücüsü Heydər Hüseyngil hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
12
12
news365.az

10Mənbələr