AZ

Ağdaşda avtomobil TIR-la toqquşub, ölən var

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
3
12
far.az

10Mənbələr