“İnter” klubu Alessandro Bastoni ilə bağlı mövqeyini bəyan edib. Metbuat.az xəbər verir ki, Milan təmsilçisinin rəhbərliyi 25 yaşlı müdafiəçinin satışını gündəmə gətirmir və onu gələcək planlarının əsas hissəsi hesab edir. Klub prezidenti Cüzeppe Marotta bildirib ki, Bastoni komandanın vacib oyunçularındandır və hazırda onun ayrılığı müzakirə mövzusu deyil. Rəhbər şəxs əlavə edib ki, futbolçu ilə bağlı heç bir rəsmi təklif daxil olmayıb və oyunçunun özü də komandada qalmaq niyyətindədir. Klub daxilində Bastoniyə tam etimad göstərildiyi vurğulanır. Qeyd edək ki, Alessandro Bastoninin adı “Barselona” ilə hallanırdı. Tərəflərin razılığa gəldiyi iddia edilirdi.