EN

Tramp İrana sərt xəbərdarlıq etdi - yer üzündən silərik...



ABŞ Prezidenti Donald Tramp İranın təhdidinə çox sərt cavab verib. Tramp bildirib ki, İran üçün ən yaxşı şey atəşkəsi qüvvədə saxlamaqdır.

İranın BƏƏ-yə hücumu barədə danışan Tramp deyib ki, yalnız bir raket müdafiə xəttini keçib və heç bir ciddi ziyan dəyməyib.

ABŞ Prezidenti İranın Hörmüz boğazına yaxınlaşan istənilən Amerika dəniz gəmisini vurmaq təhdidinə çox sərt cavab verib. İran təhdidlərinə qarşı xəbərdarlıq edən Tramp ABŞ gəmilərinə edilən hər hansı bir hücumun ən sərt cavabla qarşılanacağını bildirib.

Tramp deyib: "Əgər onlar Hörmüz boğazında ABŞ gəmilərinə hücum etsələr, biz də cavab verəcəyik. İranı yer üzündən silərik. Dünyanın ən yaxşı avadanlıqlarına sahibik. Bazalarımız avadanlıqla doludur. Lazım gələrsə, ondan istifadə edəcəyik".

Tərəflər arasında bu gərginlik qlobal neft ticarəti üçün vacib tranzit nöqtəsi olan Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizəni yenidən alovlandırıb. Trampın bu addımı regionda artan hərbi fəaliyyət fonunda onun "maksimum təzyiq" strategiyasının davamı kimi qəbul edilir və potensial silahlı münaqişə ilə bağlı beynəlxalq narahatlıqlara səbəb olub.

Tahir TAĞIYEV

Chosen
22
29
baki-xeber.com

10Sources