EN

Pakistanda qızmar istilər azı 10 nəfərin ölümünə səbəb oldu

Pakistanın Kəraçi şəhərində yüksək hava temperaturu azı 10 nəfərin ölümünə səbəb olub.
Yenicag.az xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.
Məlumata görə, şəhərdə 2018-ci ildən bəri ən isti gün qeydə alınıb, temperatur 44 dərəcəni keçib.
Tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib, ekstremal yüksək, normanı aşan isti havalar ölkə üzrə milyonlarla insanın həyatı üçün təhlükə yaradır.
Yerli qurumlar sakinləri yüngül, sərbəst, açıq rəngli geyimlər və baş örtükləri taxmağa, həmçinin günəşdən qoruyucu krem istifadə etməyə çağırır.
Qeyd edək ki, Kəraçidə rekord yüksək temperatur 2018-ci ilin mayında qeydə alınmışdı. Həmin vaxt temperatur 46 dərəcəyə yüksəlmişdi./oxu.az/
Chosen
7
5
yenicag.az

9Sources