EN

"Liverpul" "Barselona"dan 45 milyonluq futbolçu alır 

İngiltərənin "Liverpul"  klubu transfer bazarında növbəti hədəfini müəyyənləşdirib...

Mersisayd təmsilçisi İspaniyanın "Barselona" komandasında çıxış edən Runi Bardaqjini heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyinin 20 yaşlı futbolçu üçün 45 milyon avro məbləğində təklif hazırladığı bildirilir.

İsveç millisinin üzvü hazırda Kataloniya klubunda kifayət qədər oyun şansı qazanmamasından narazıdır. "Qırmızılar" bu vəziyyəti fürsətə çevirməyi planlaşdırır və futbolçunun transferini tez bir zamanda reallaşdırmaq istəyir. İngiltərə klubu oyunçunun bazar dəyərinin yaxın gələcəkdə artacağından ehtiyat edərək, müqaviləni dünya çempionatından əvvəl bağlamağa çalışır.

Qeyd edək ki, Bardaqji bu mövsüm meydana çıxdığı 26 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. (Milli.Az)

Poliqon.info

Chosen
15
50
poliqon.info

10Sources