EN

Makron Əliyevin sözlərini İrəvanda təsdiqlədi – İlginc ETİRAF

Fransa prezidenti Emmanuel Makronun Ermənistanın vaxtı ilə proksi dövlət olduğu barədə İrəvanda səsləndirdiyi fikirlər keçmişdəki bəzi nüansları yenidən gündəmə gətirib. Əslində, bu, yanaşma yeni deyil. Azərbaycan prezidenti İlham Əliyev uzun illər Ermənistanın müstəqil siyasət yürütmək imkanlarının məhdud olduğunu, onun xarici güclərin təsiri altında forpost rolunu oynadığını ardıcıl şəkildə bəyan edib.

Azərbaycan prezidenti müxtəlif beynəlxalq platformalarda, müsahibələrində Ermənistanın müstəqil olmadığını dəfələrlə vurğulayıb. Makronun bu reallığı etiraf etməsi isə dövlət başçısının fikirlərini bir daha təsdiqləyir.

AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun sözlərinə görə, Cənubi Qafqazda baş verən son siyasi proseslər regionun beynəlxalq münasibətlər sistemində artıq daha açıq və çoxqatlı geosiyasi məkan kimi formalaşdığını göstərir. Onun fikrincə, liderlərin bəyanatları bu dəyişikliyin nəzəri deyil, praktik səviyyədə hiss olunduğunu ortaya qoyur. R.Bayramov hesab edir ki, xüsusilə Makronun Ermənistanı keçmişdə xarici təsir mərkəzlərinin maraqları çərçivəsində hərəkət edən bir aktor kimi təqdim etməsi bu baxımdan diqqət çəkir. “Əslində, bu cür yanaşma regionla bağlı uzun müddətdir davam edən siyasi müzakirələrə yeni interpretasiya gətirir və əvvəllər açıq şəkildə qəbul edilməyən reallıqları daha görünən edir. Bu kontekstdə Azərbaycan prezidentinin irəli sürdüyü tezislər xüsusi əhəmiyyət kəsb edir”, - deyə AMİP funksioneri vurğulayıb.

Onun qənaətinə görə, Ermənistanın ənənəvi asılılıq modelindən uzaqlaşmağa cəh edir, lakin bu dəyişikliklərin davamlı xarakter alıb-almayacağı zamanla formalaşacaq siyasi proseslərdən asılıdır. R.Bayramov əlavə edib ki, Makronun son açıqlaması prezidentin illərdir vurğuladığı bir sıra strateji tezislərin həm Ermənistanda, həm beynəlxalq səviyyədə qəbul olunduğunun göstəricisidir.

Cavanşir Abbaslı
Musavat.com

Chosen
7
21
musavat.com

10Sources