EN

Azərbaycan-Ermənistan sülhünə beynəlxalq dəstək güclənir

Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) təşəbbüsünün icrası Cənubi Qafqaz bölgəsində təhlükəsiz, davamlı və əhatəli nəqliyyat infrastrukturunun inkişafına təkan verir.

 
Sitat.info Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) məlumatlarına istinadən xəbər verir ki, bu məqamlar mayın 5-də İrəvanda baş tutan zirvə görüşünün yekununda Avropa İttifaqı və Ermənistanın qəbul etdiyi müştərək bəyannamədə öz əksini tapıb.
 
Tərəflərin birgə baxışı Cənubi Qafqaz, Qara dəniz və Mərkəzi Asiya məkanlarında əməkdaşlığın, sülhün və dayanıqlılığın artırılmasına, o cümlədən cəmiyyətlərarası təmasların dərinləşdirilməsinə xidmət edir.
 
Sənəddə hər iki tərəfin ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərə hörmətlə yanaşdığı xüsusi vurğulanır.
 
Bəyannamədə qeyd olunur: "Qarşılıqlı əlaqələrimizin daha da inkişafı həm Cənubi Qafqaz daxilində, həm də ondan kənarda sülh, rifah və sabitliyə müsbət təsir göstərir. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmləndirilməsi, habelə sülh sazişinin imzalanıb ratifikasiya olunması istiqamətində göstərilən səyləri təqdir edirik".
 
Eyni zamanda, 2025-ci ilin 8 avqustunda keçirilən Vaşinqton sammitinin yekunları və bundan sonrakı mərhələdə Azərbaycanla Ermənistan əlaqələrinin nizamlanması məqsədilə atılan müsbət addımlar da alqışlanır.
 
Buna əlavə olaraq, Avropa İttifaqı Türkiyə və Ermənistan münasibətlərinin bərpasını, həmçinin bölgə dövlətlərinin sərhəd toxunulmazlığı, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq regiondakı bütün kommunikasiyaların tam şəkildə açılmasını qətiyyətlə dəstəkləyir.
///Bakupost.az
Chosen
11
33
sitat.info

10Sources