AZ

Aİ və Ermənistan arasında TRIPP layihəsi ilə bağlı birgə bəyannamə imzalanıb

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda davamlı, təhlükəsiz və inklüziv nəqliyyat əlçatanlığının təmin edilməsinə töhfə verir.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə mayın 5-də İrəvanda keçirilən sammitin yekunu üzrə Aİ ilə Ermənistan arasında imzalanan birgə bəyannamədə deyilir.

Ümumi baxış Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin və nəqliyyat bağlantısının möhkəmləndirilməsini, eləcə də xalqlar arasında əlaqələrin inkişafını əhatə edir.

Bəyannamədə tərəflərin "suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərinə" sadiqliyi qeyd olunur.

"İkitərəfli münasibətlərimizin dərinləşdirilməsi Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhə, sabitliyə və firavanlığa töhfədir. Bu mənada biz Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması, eləcə də sülh sazişinin imzalanması və ratifikasiyasının təmin edilməsi səylərini yüksək qiymətləndiririk", - sənəddə qeyd olunur.

Sənəddə həmçinin 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton sammitinin nəticələri və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan sonrakı addımlar yüksək qiymətləndirilir.

Bununla yanaşı, Aİ Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını, region ölkələrinin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq prinsipləri əsasında regionda bütün əlaqələrin hərtərəfli bərpasını tam dəstəkləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
33
azpolitika.info

10Mənbələr