Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin köməkçisi Nazim Fətullayev vəfat edib.
"Ölkə.az" Teleqraf-a istinadla xəbər verir ki, mərhum bu gün dəfn olunub. Onun xərçəng xəstəsi olduğu bildirilir.
Suraxanı rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləyiblər.
Qeyd edilib ki, 1 ildən artıqdır xərçəng xəstəliyindən müalicə olunan N.Fətullayev 2 həftə əvvələ kimi işə çıxıb.