EN

PSJ-nin müdafiəçisi Ronaldonu geridə qoydu

style='margin-bottom:10px;'>

PSJ klubunun müdafiəçisi Nunu Mendeş UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb. 

QOL.az xəbər verir ki, gənc müdafiəçi qitənin nüfuzlu klub turnirində 50 oyun keçirən ən gənc portuqaliyalı futbolçu olub. O, bu uğura Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya qarşı keçirilən və Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə başa çatan ilk matçda nail olub. Meydana çıxarkən Mendes 23 yaş 313 günlüyündə olub.

Qeyd edək ki, bundan əvvəlki rekord "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"un sabiq hücumçusu Kriştiano Ronaldoya məxsus idi. Əfsanəvi ulduz futbolçu bu göstəriciyə 24 yaş 83 günlüyündə çatıb.

Xatırladaq ki, cari mövsümdə klub səviyyəsində 39 matçda iştirak edən Nunu Mendeş 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
21
50
teleqraf.com

10Sources