EN

SEPAH gəmiləri İranın Hörmüz boğazında təmin etdiyi dəhlizdən istifadə etməyə çağırdı

SEPAH Hərbi Dəniz Qüvvələri (İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu) bütün gəmiləri Hörmüz boğazından yalnız Tehranın təmin etdiyi dəhlizdən keçməyə çağırdı.

Ucnoqta.az xəbər verir ki, hərbçilərin xəbərdarlığı İran dövlət televiziyası tərəfindən yayımlandı.

Sənəddə deyilir ki, İranın təmin etdiyi dəhliz Hörmüz boğazından keçməyin yeganə təhlükəsiz yoludur. Gəmilərin başqa marşrutlara yönləndirilməsi təhlükəlidir və SEPAH Hərbi Dəniz Qüvvələri bu addımı atan hər kəsə qarşı qəti tədbirlər görəcək.

Chosen
17
50
ucnoqta.az

10Sources