EN

“Roma derbisini günorta saatında keçirmək hörmətsizlikdir”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri A Seriyası rəhbərliyini “Roma” ilə derbinin keçiriləcəyi vaxta görə kəskin tənqid edib.

90deqiqe.Az xəbər verir ki, "DAZN" təcrübəli baş məşqçinin dediklərini belə çatdırıb.

 “Sezonun əvvəlində biz 37 dərəcə istidə derbi oynadıq, indi isə bizi may ayında günorta saatlarında oynamağa məcbur edirlər. Bu, Roma şəhərinə, iki böyük kluba və azarkeşlərə hörmətsizlikdir. Buna görə kimsə cavab verməlidir”, – deyə Sarri bildirib.

O, əlavə edib: “Ümid edirəm ki, bizi bu saatda oynamağa məcbur etməzlər. Bunu təklif edənlər istefa verməlidir. Əgər bunu etsələr, etiraz olaraq mətbuat konfransına çıxmayacağam. Sual verin rəhbərliyə, niyə eyni saatı ‘İnter’ və ‘Milan’a tətbiq etməyiblər”.

Qeyd edək ki, paytaxt derbisi 17 mayda baş tutacaq və Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.Hazırda “Latsio” çempionatda 8-ci yerdədir və artıq Çempionlar Liqasına vəsiqə şansını itirib. Komandanı mövsümün sonuna qədər gərgin oyunlar, o cümlədən İtaliya Kubokunun finalında “İnter”lə qarşılaşma gözləyir.

Chosen
5
31
90deqiqe.az

10Sources